III MDB Oyunları: Çövkən yarışlarının bürünc medalçısı müəyyənləşib

Baş səhifə
III MDB Oyunları: Çövkən yarışlarının bürünc medalçısı müəyyənləşib

III MDB Oyunları çərçivəsində çövkən yarışlarının bürünc medalçısı müəyyənləşib.

“Report”un Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, Qırğızıstan millisi Qazaxıstanla qarşılaşıb.

Şəki şəhər stadionunda baş tutan görüş Qırğızıstanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə Qırğızısan millisi bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq. Finalda Azərbaycan və Özbəkistan komandaları qarşılaşacaqlar.