Latviyadan Azərbaycana pul köçürmələrinin həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin ilk yarısında Azərbaycandan olan fiziki şəxslərin
Latviyaya həyata keçirdiyi pul köçürmələrinin həcmi 2,113 milyon
dollar təşkil edib.

Trend Azərbaycan
Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin
analoji dövrü ilə müqayisədə 856 min dollar və ya 68,1 faiz
çoxdur.

Məlumata əsasən, hesabat dövründə Azərbaycandan ölkə xaricinə
həyata keçirilmiş pul köçürmələrinin ümumi həcmində Latviyanın payı
0,9 faiz təşkil edir.

Cari ilin ilk 6 ayı ərzində Latviyadan Azərbaycana fiziki
şəxslər tərəfindən həyata keçirilmiş pul köçürmələrinin həcmi 3,110
milyon dollar təşkil edib ki, 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 579 min dollar və ya 22,9 faiz çoxdur.




Hesabat dövrü ərzində ölkə xaricindən Azərbaycana həyata
keçirilmiş pul köçürmələrinin ümumi həcmində Latviyanın payı 0,6
faiz təşkil edib.

Ümumilikdə 2025-ci ilin ilk 6 ayı ərzində Azərbaycan
vətəndaşları tərəfindən xarici ölkələrə həyata keçirilən pul
köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu,
2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,420 milyon ABŞ dolları və
ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xaricdən Azərbaycana fiziki
şəxslər tərəfindən göndərilən pul köçürmələrinin ümumi həcmi
533,957 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin birinci
yarısı ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.