
Bakı. Trend:
3-5 oktyabr tarixlərində Fransanın Antibes şəhərində keçirilən
mövsümün son Dünya kubokunda gimnastlarımız Tofiq Əliyev 29.200
xalla qızıl medalın, Adil Hacızadə 26.800 xalla bürünc medalın
sahibi olublar.
Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat
verilib.
Bildirilib ki, həmçinin Tofiq Əliyev mövsüm ərzində qazandığı
nəticələr və sonuncu Dünya kubokunu birinciliklə başa vurduğu üçün
Dünya kuboku seriyalarının qalibi olub.


