ABŞ yeni “Virciniya” sinfinə aid nüvə sualtı qayığının tikintisinə başlayır

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “Virciniya” sinfinə aid yeni nüvə
sualtı qayığının tikintisinə başlanılacağını açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə Amerika lideri Virciniya ştatının Norfolk şəhərində
ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik Donanmasının əsas bazasında
çıxışı zamanı bildirib.




Trampın sözlərinə görə, dekabr ayında “Virciniya” sinfinə aid
yeni sualtı qayığın təməli qoyulacaq.

Pentaqonun mətbuat xidmətinin iyun ayında yaydığı məlumata
əsasən, ABŞ hökuməti nüvə sualtı qayıqlarının inşası imkanlarını
genişləndirmək və modernləşdirməni sürətləndirmək məqsədilə
“Electric Boat” şirkətinə 987 milyon dollar ayırıb.