
Bakı. Trend:
“Ultimate Fighting Championship” (UFC) titul uğrunda döyüş
2026-cı il iyunun 14-də, ABŞ Prezidenti Donald Trampın anadan
olmasının ildönümündə Ağ Evin meydanında keçiriləcək.
Trend xəbər verir
ki, bu barədə Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik
Donanmasının Virciniya ştatının Norfolk şəhərindəki əsas bazasında
ordunun 250 illik yubileyi münasibətilə çıxışı zamanı məlumat
verib.
“Gələn ilin iyunun 14-də Ağ Evdə, Ağ Evin ərazisində böyük UFC
döyüşü olacaq”, – Tramp bildirib.
Qeyd edək ki, həmin gün Amerika administrasiyasının rəhbəri 80
illik yubileyini qeyd edəcək.


