“Bavariya” Mayk Menyan ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

Almaniyanın “Bavariya” klubu “Milan”ın qapıçısı Mayk Menyanı
Manuel Noyerin mümkün əvəzləyicisi kimi transfer siyahısına daxil
edib.

Trend xəbər verir
ki, 30 yaşlı fransız qapıçının “rossonyerlər”lə müqaviləsi 2026-cı
ilin iyununa qədər qüvvədədir.




Bununla belə, tərəflər yeni müqavilə barədə razılığa gələ
bilməyiblər — klub Menyanın maaş tələblərini qarşılamağa hazır
deyil.

Mayk Menyan bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 6
oyun keçirib, 3 qol buraxıb və 4 görüşdə qapısını toxunulmaz
saxlayıb.