
Bakı. Trend:
ABŞ-nin Alabama ştatının Montqomeri şəhərinin mərkəzində baş
verən atışma nəticəsində 12 nəfər yaralanıb, 2 nəfər həlak
olub.
Trend xəbər verir
ki, CBS yerli polisə istinadən məlumat yayıb. Məlumata görə, bir
qrup silahlı şəxs mübahisə etdikdən sonra əyalət paytaxtının məşhur
gecə klubunda bir-birinə atəş açıb.
Montqomeri polis rəisi Ceyms Qreybouz yaralılardan üçünün
vəziyyətinin ağır olduğunu bildirib.

