Azərbaycan boksçuları üçüncü qızıl medalı qazanıblar

Baş səhifə

Bakı. Trend:

III MDB Oyunlarında oğlan boksçular arasında final
qarşılaşmaları keçirilir.

Trend-in
məlumatına görə, Azərbaycan millisinin boksçusu Əli Abaslı (52
kiloqram) Qazaxıstan təmsilçisi Ediqe Nurqoja üzərində qələbə
qazanaraq qızıl medala layiq görülüb.




Xatırladaq ki, bundan əvvəl, boksçularımız Qardaş Rəhimov (46
kiloqram) və Əli Əliyev (48 kiloqram) final görüşlərində qalib
gələrək Azərbaycan millisinin heyətinə qızıl medal yazdırıblar.