Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İllinoys ştatının Çikaqo şəhərində
asayişin bərpasına kömək etmək üçün Milli Qvardiyaya 300 əsgər
göndərməyi əmr edib.
Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər
verib.
“Pritsker kimi yerli liderlərin dayandırmaqdan imtina etdiyi
davam edən iğtişaşlar və qanunsuzluqlar fonunda Prezident Tramp
federal məmurları və əmlakı qorumaq üçün 300 Milli Qvardiya
əsgərinə səlahiyyətlər verib”, – deyə Ağ Evin mətbuat katibi
Ebiqeyl Cekson bildirib.

