III MDB Oyunları: Azərbaycan badmintonçusu gümüş medal qazanıb

Baş səhifə
III MDB Oyunları: Azərbaycan badmintonçusu gümüş medal qazanıb

Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarında gümüş medal qazanıb.

“Report”un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, badmintonçu rusiyalı Marina Tarasova ilə qarşılaşıb.

Qəbələ Olimpiya İdman Kompleksində baş tutan görüş rusiyalı tennisçinin qələbəsi ilə başa çatıb – 2:0.

Qeyd edək ki, badminton yarışlarına bu gün yekun vurulacaq.