Bakı. Trend:
“Roma” mövsümün sonunda müqaviləsi başa çatan Paulo Dibalanı
komandada saxlamaq istəyir.
Trend xəbər verir ki, A
Seriyası nəhəngi argentinalı hücumçunun sözləşməsinin müddətini
uzatmağı planlaşdırır. Bu barədə insayder Fabritsio Romano məlumat
yayıb.
Paytaxt klubunun idman direktoru Frederik Massara qarşıdakı
günlərdə Dibalanın meneceri ilə danışıqlara başlayacaq. 31 yaşlı
futbolçunun özünündə komandada qalmaq istədiyi bildirilir.
Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayından “Roma”da çıxış
edir. Argentina millisinin üzvü bu mövsüm “canavarlar”ın heyətində
3 rəsmi matçda yadda qalıb.

