Əlisəmid Kürün vəziyyəti ağırlaşıb – “Xəstəxanadan evə çıxardıq”

Baş səhifə

“Atamın vəziyyəti ağırdır, bu gün onu xəstəxanadan evə çıxardıq”.

Bunu Modern.az-a şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib.

Onun sözlərinə görə, atasının səhhətində heç bir irəliləyiş müşahidə olunmur:

“Həkimlər əllərindən gələni etsələr də, çarəsi yoxdur. Ailəmizin və həkimlərin yekun razılığı ilə onu evə çıxarmağa qərar verdik. Atam xərçəngdir, xəstəlik metastaz verib”,- deyə o bildirib.

Xatırladaq ki, 71 yaşlı şair bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi və onun müalicəsi Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsində aparılırdı.