Sumqayıtda avtoqəza olub, ölən var

Baş səhifə
Sumqayıtda avtoqəza olub, ölən var

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürəyi dayanıb.

Nəticədə idarəetməni itirən sürücünün avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı Rauf Əliyev dünyasını dəyişib.