57 yaşlı azərbaycanlı Ukraynada həlak oldu –

Baş səhifə

Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əslən Xaçmaz şəhərindən olan, 1968-ci il təvəllüdlü Müzəffər Sabir oğlu Abbasov Rusiyanın dron zərbəsi nəticəsində həlak olub.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb.

Onun nəşi dəfn üçün Azərbaycana göndərilib.

M.Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb.

Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.