Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb – DİN

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki
dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat
yayıb.

Bildirlir ki, axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən
borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.




Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.