Bakı. Trend:
Almaniya hakimiyyəti Ukrayna və İsraillə pilotsuz uçuş
aparatlarına (PUA) qarşı müdafiə sistemlərinin hazırlanması
sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Trend-in “Bild”
qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın
daxili işlər naziri Aleksandr Dobrindt açıqlama verib.
Nazirin sözlərinə görə, qərarın bir hissəsi kimi Almaniya yalnız
PUA-lardan müdafiəyə cavabdeh olan xüsusi bölmənin yaradılmasını
nəzərdə tutur.
Bundan başqa, Berlin tədqiqatlara əlavə vəsait ayıracaq və
hücumların daha sürətli dəf olunmasına imkan verən yeni
texnologiyaların inkişafını dəstəkləyəcək.

