Axios: Netanyahu Trampın HƏMAS-la bağlı verdiyi reaksiyaya təəccüblənib

Baş səhifə
Axios: Netanyahu Trampın HƏMAS-la bağlı verdiyi reaksiyaya təəccüblənib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Fələstinin radikal HƏMAS hərəkatının sülhə hazır olduğunu və yəhudi dövlətinin Qəzza zolağının bombalanmasını dayandırmalı olduğu barədə bəyanatından təəccüblənib.

“Report”un məlumatına görə, bu barədə sosial şəbəkədə Amerikanın “Axios” onlayn portalının jurnalisti Barak Ravid mənbələrə istinadən xəbər verib.

“İsrail rəsmisinin qeyd etdiyi kimi, Netanyahu prezident Trampın cavabından təəccüblənib”, – müxbir yazıb. Mənbəninn sözlərinə görə, Netanyahu HƏMAS-ın cavabının faktiki olaraq “Trampın planının rədd edilməsi” olduğuna inanıb.

Jurnalist aydınlaşdırıb ki, İsrailin baş naziri bu mövqeyi Trampın bəyanatı dərc edilməmişdən əvvəl ABŞ-la məsləhətləşmələr zamanı açıqlayıb. Mənbənin sözlərinə görə, Netanyahu bu məsləhətləşmələr zamanı “cavab tədbirləri ilə bağlı ABŞ-la koordinasiyanın zəruriliyini” vurğulayıb.

Bundan əvvəl Tramp Truth Social-da yazmışdı ki, o, HƏMAS-ın “davamlı sülhə hazır olduğuna” inanır. Amerika liderinin əlavə etdiyi kimi, “İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək”.