Münhen hava limanı PUA səbəbilə fəaliyyətini dayandırıb

Baş səhifə

Almaniyanın Münhen hava limanı bir neçə pilotsuz uçuş aparatının (PUA) görünməsi ilə əlaqədar fəaliyyətini yenidən dayandırıb.

APA xəbər verir ki, bu barədə “Reuters” hava limanının təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.

“Münhen hava limanında hər iki uçuş-enmə zolağı bağlıdır”, – məlumatda deyilir.

Hava limanının bağlanmasına PUA-ların görünməsinin səbəb olub-olmadığı hələ aydın deyil.

Qeyd edək ki, oktyabrın 2-də axşam saatlarında da hava limanında analoji hadisə baş vermiş və hava limanı yalnız oktyabrın 3-də səhər fəaliyyətini bərpa etmişdi.