Bakı. Trend:
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında oxatma
yarışları davam edir.
Trend-in
məlumatına görə, Xankəndi şəhər stadionunda bu gün 1/8, 1/4 və
yarımfinal mərhələlərində fərdi yarışlar keçirilib. Fərdi
yarışların final mərhələsi oktyabrın 5-də baş tutacaq.
Sabah isə qarışıq komanda (1 qız və 1 oğlan), eləcə də qadınlar
və kişilərdən ibarət komanda yarışları start götürəcək. Azərbaycan
yığması komanda yarışlarında mübarizəsini davam etdirəcək.

