
Bakı. Trend:
Azərbaycanın 17 yaşadək qızlardan ibarət voleybol millisi III
MDB Oyunları çərçivəsində Özbəkistan yığması ilə üz-üzə gəlib.
Trend-in
məlumatına görə, Gəncə İdman Sarayında baş tutan qarşılaşma gərgin
mübarizə şəraitində keçib və meydan sahibləri 3:2 hesabı ilə qələbə
qazanıblar.
Turnirin digər oyununda isə Rusiya yığması Qırğızıstan üzərində
inamlı qələbə əldə edib – 3:0.

