
Bakı. Trend:
“Tottenhem”lə müqaviləsi gələn ilin yayında başa çatan Rodriqo
Bentankur London klubunu tərk etməyəcək.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Premyer Liqa nəhəngi uruqvaylı yarımmüdafiəçi ilə
yeni sözləşmə imzalayıb.
Uruqvay millisinin üzvü ilə uzunmüddətli müqavilə imzalandığı
bildirilib.


