Azərbaycanda təkrarsığorta bazarı 1 % azalıb

Baş səhifə
Azərbaycanda təkrarsığorta bazarı 1 % azalıb

Bu ilin I yarısında Azərbaycanda təkrarsığorta haqları ötən ilin eyni dövrünə nisbətən 1 % azalaraq 60 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.

Məlumata görə, 6 aylıq təkrarsığorta haqlarının 6 %-i və yaxud 3,6 milyon manatı həyat, 94 %-i və yaxud 57 milyon manatı isə qeyri-həyat sığortasının payına düşüb.

Həyat sığortası üzrə ötürülən təkrarsığorta haqları həyat sığorta üzrə yığılmış sığorta haqlarının 0,7 %-i, qeyri-həyat sığortası üzrə ötürülən təkrarsığorta haqları isə qeyri-həyat sığorta üzrə yığılmış sığorta haqlarının 16,6 %-i qədər olub.