İki nəfərin ölümünə səbəb olan şəxs 5 il azadlıqdan məhrum edilib

Baş səhifə

Bakı. Trend:

İki nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə
təqsirləndirilən Ramiz Xankişiyevin cinayət işi üzrə sonuncu
məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il azadlıqdan məhrum
edilib.




Ötən il iyul ayında Beyləqan rayonunda baş verib. “Hyundai” və
“Mercedes” markalı minik avtomobilləri toqquşması nəticəsində iki
nəfər ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin
263.3-cü maddəsi ilə ittiham iirəli sürülüb.