III MDB Oyunları: 1/4 finala adlayan Azərbaycan badmintonçuları müəyyənləşib

Baş səhifə
III MDB Oyunları: 1/4 finala adlayan Azərbaycan badmintonçuları müəyyənləşib

III MDB Oyunları çərçivəsində badminton yarışlarında 1/4 final mərhələsinə adlayan Azərbaycan təmsilçiləri müəyyənləşib.

“Report”un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub – 2:0.

Qadınların fərdi görüşündə isə Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovanı 2:0 hesabı ilə məğlub edib.

Qadınların qoşa yarışında da Azərbaycan Tacikistanı mübarizədən kənarlaşdırıb. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda, Sumaiyakhon Hasanova və Mohira Karimova cütünü məğlub edib – 2:0.

Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli və Aysel Kazımova cütü Qazaxıstandan olan Yerassil Akhmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.