Bakı.Trend:
Təbii inhisar-liberallaşma bütün dünyada yüksək kapital tutumu
olan təsərrüfatlarda həyata keçirilir. “Azəriqaz”ın təbii inhisarçı
olaraq fəaliyyətinin mərkəzində müştəri məmnuniyəti durur.
Trend xəbər
verir ki, bu fikirləri II Milli Rəqabət Forumunda “Azəriqaz”
İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq
üzrə müavini Təbriz Əmmayev deyib.
Qurum rəsmisi bildirib ki, təbii inhisar üçün iqtisadi şərait
formalaşmalıdır. Təbii inhisar yüksək kapital qoyuluşu tələb edən
sahələrdə tətbiq olunur.
“Tənzimlənən iqtisadiyyatda qiymət tənzimlənməsi önəmli
faktorlardan biridir. Tənzimlənən iqtisadiyyatdan liberala keçmək
uzun zaman tələb alacaq”.
T.Əmmayev vurğulayıb ki, liberallaşma diskriminasiyasız qoşulma
tələb edir ki, bunun üçün şəffaf qaydalar işlənməlidir.
“Günün reallığında bu bir qədər gec baş tutacaq prosesdir. Bunun
üçün iqtisadi, hüquqi manələr olmasa da, önəmli olan
məlumatlandırma və liberal bazara keçidə hazır olmaqdır”,- deyə o
əlavə edib.

