ABADA Beynəlxalq Forumda təmsil olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası
(ABADA) Qazaxıstanın Almatı şəhərində Nəqliyyat Həftəsi
çərçivəsində keçirilən VII Beynəlxalq Nəqliyyat‑Logistika Biznes
Forumuna qatılıb.

Trend xəbər
verir ki, tədbirin panel sessiyalarında iştirak edən ABADA rəhbəri
Həbib Həsənov “Beynəlxalq Avtomobil Nəqliyyatı: Avtomobil
Nəqliyyatı Xidmətləri üçün Yeni İmkanlar” mövzusunda fikirlərini
bölüşüb.

ABADA rəhbəri Azərbaycanın daşıyıcılarının perspektivləri, Orta
Dəhlizin imkanları, Zəngəzur Dəhliznin açılmasının əhəmiyyəti,
beynəlxalq əməkdaşlıq, tranzit strategiyaları haqqında Forum
iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, normativ-hüquqi
islahatlar və gömrük prosedurlarının sadələşdirilməsi,
rəqəmsallaşma, bir pəncərə prinsipi avtomobil daşımalarının
sürətləndirilməsinə xidmət etmiş olacaq. H. Həsənov həmçinin
beynəlxalq əməkdaşlıqda Assosiasiyaların rolu, bu istiqamətdə
ABADA-nın perspektivləri mövzularına da toxunub.




Qeyd edək ki, 30 Sentyabr ‑ 2 oktyabr tarixləri arasında baş
tutan mötəbər Forumun məqsədlərindən biri Trans-Avrasiya nəqliyyat
marşrutlarının gələcəyini müzakirə etmək, Qazaxıstanın beynəlxalq
tranzit rolunun artırılması və nəqliyyat‑logistika sektorunda
beynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaqdır. Forumda Avstriya,
Azərbaycan, Belarus, Almaniya, Gürcüstan, Hindistan, Çin, Latviya,
Litva, BƏƏ, Pakistan, Rusiya, Rumıniya, ABŞ, Türkmənistan, Türkiyə,
Özbəkistan, İsveçrə, Estoniya kimi ölkələrin dövlət nümayəndələri
iştirak edib.

Azərbaycanı tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin
müavini Rəhman Hümmətov təmsil edib.