Bakı.Trend:
Bu il ərzində haqsız rəqabətə yol verilməklə rəqabət
qanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırmaya başlanılıb və
12 iş qaldırılıb.
Trend
xəbər verir ki, bunu bunu Prezident yanında Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli
Rəqabət Forumundakı çıxışı zamanı deyib.
Agentlik sədri vurğulayıb ki, görülən tədbirlərin bir məqsədi
var:
“Rəqabəti pozan davranışlardan çəkindirmək və rəqabət
mədəniyyətinin təşəkkülünə nail olmaq. Məhz bunun nəticəsidir ki,
14 təsərrüfat subyekti aşkar olunan pozuntu hallarını könüllü
aradan qaldırıb. Sahibkarlıq subyektlərinin bu addımı onların
rəqabət mühitinə artan həssaslığının göstəricisidir”.
İstehlakçı-mərkəzli rəqabət siyasətini dəstəkləyən, onun
tətbiqinə töhfə verən hər bir sahibkara, bu ekosistemin tərkib
hissəsi olan hər bir bazar iştirakçısına dərin minnətdarlığımı
bildirmək istəyirəm,-E.Bağırov əlavə edib.

