Bakı. Trend:
Münhen hava limanı hava məkanında dronların aşkarlanması ilə
əlaqədar uçuşları dayandırdığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə hava limanının saytında
bildirilib.
“Oktyabrın 2-də axşam saatlarında Almaniyanın hava hərəkəti
idarəsi saat 22:18-dən etibarən Münhen hava limanında uçuşları
məhdudlaşdırıb, sonra isə bir neçə pilotsuz uçuş aparatının
müşahidəsi səbəbindən onları tamamilə dayandırıb”, – deyə qeyd
olunub.
Bildirilib ki, hadisə nəticəsində 17 reys yola düşə bilməyib.
Uçuşun dayandırılması 3000-ə yaxın sərnişinə təsir edib.
Eyni zamanda, gələn 15 reys Ştutqart, Nürnberq, Vyana və
Frankfurta istiqamətləndirilib.

