Bakı. Trend:
Argentinada 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Santyaqo-del-Estero
şəhərindən 122 km şimal-şərqdə yerləşib. Təkanların ocağı 565 km
dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

