
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin xronikasını təqdim edir:
– Prezident İlham Əliyev Azərbaycan ordusunun Madagizdə (indiki
Suqovuşan) Azərbaycan bayrağını qaldırdığını və Tərtər, Cəbrayıl və Füzulinin bir neçə
kəndlərinin işğaldan azad olunduğunu açıqlayıb.
– Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasının
siyahısını açıqlayıb. Düşmənin 230-dək tank və digər zirehli
texnikası,250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri,
minaatan,38 ədəd hava hücumundan müdafiə vasitələri,10
komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi,7 silah-sursat
anbarı,130-dan artıq avtomobil texnikası,1 ədəd “S-300” zenit-raket
kompleksi məhv edilib.
– Oktyabrın 3-ü gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində
düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı
zərbələr endirilib.
– Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait
açıqlanıb.
– Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub.Tərtər şəhəri, rayonun Səhləabad,
Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq
Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun
Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu
kəndi intensiv artilleriya atəşinə tutulub.
– Baş prokurorluqdan bildirib ki,Sentyabrın
27-dən etibarən erməni silahlı bölmələri tərəfindən yaşayış
məntəqələrimiz atəşə tutması nəticəsində 14 nəfər kişi, 3 nəfər
qadın, 2 nəfər isə azyaşlı həlak olub.
– Müdafiə Nazirliyi düşmənin döyüş vasitələrinin darmadağın edilməsi görüntülərini yayıb.
– Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdən
videogörüntülər yayıb.
– Bakı sakinləri Suqovuşan kəndinin azad edilməsini evlərinin
eyvanlarında qeyd ediblər.


