
Bakı. Trend:
“ChatGPT” çatbotunun yaradıcısı olan “OpenAI” şirkəti səhmlərin
səhmdarlara ikinci satışına dair sazişini həyata keçirdikdən sonra
dünyanın ən bahalı özəl şirkəti olub.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, şirkətin dəyəri 500 milyard dollar təşkil
edib.
Məlumata görə, şirkətin iki ildən çox səhm sahibi olan
əməkdaşlarına öz səhmlərini satmaq imkanı təqdim edilib.
Ümumilikdə 6.6 milyard dollar məbləğində kağızlar satılıb,
halbuki icazə 10.3 milyard dollara qədər satışı nəzərdə tutub.
Qeyd edək ki, cari ilin aprelində tamamlanan investisiya
raundunda “OpenAI” 300 milyard dollar dəyərində
qiymətləndirilib.


