
İsrail dəniz qüvvələri Qəzzaya humanitar yardım daşıyan mülki donanmanı mühasirəyə alıb.
Metbuat.az xəbər verir ki, İsrail qüvvələri qayıqlara müdaxilə edib. “TRThaber”in məlumatına görə, aralarında türklərin də olduğu çox sayda fəal saxlanılıb. Məlumata görə, qayıqlar Qəzza sahilinə çatmadan müdaxilə edilib. 26 gəminin saxlanıldığı irəli sürülür. Bəzi gəmilərin üzməyə davam etdiyi bildirilir. Bəzi gəmilərin Qəzza sərhədinə çatdığı barədə məlumatlar dərc edilib.
Qeyd edək ki, mülki donanmada müxtəlif ölkələrdən yüzlərlə fəal iştirak edir. Məlumata görə, aksiyanın məqsədi Qəzzaya tətbiq edilən qeyri-qanuni blokadanı yarmaq, dəniz yolu ilə humanitar yardım dəhlizinin açılmasına çalışmaq və Fələstin xalqına qarşı davam edən soyqırıma son qoymaqdır.

