Ağalıda gecənin sükutu sakinlərin sevinc dolu səsləri ilə qarışır (VİDEO)

Baş səhifə

Bakı.Trend:

İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı
kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir.

Trend xəbər
verir ki,“Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş
küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat
şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan
keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir. Rahat yaşayış,
xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi
doğurur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi tərəfindən “Böyük Qayıdış”a dair I Dövlət Proqramı
çərçivəsində hazırlanmış Ağalı kəndinin görüntülərini şərhsiz
təqdim edirik.