Bu il Misir turizmdən 10 milyard dollara yaxın gəlir əldə edib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yeddi ayı ərzində Misirin turizmdən gəlirləri 9.6
milyard dollara çatıb. Ölkəyə iyul ayının sonunadək təxminən 10
milyon turist gəlib.

Trend xəbər verir ki, bunu
Misirin turizm naziri Şərif Fəthi yerli televiziya kanalına
açıqlamasında bildirib.




Qeyd edilməlidir ki, turizm sektoru ölkə üçün ən vacib valyuta
mənbələrindən biri hesab olunur. Misir sahil kurortları və Nil çayı
üzərində təşkil olunan su gəzintiləri sayəsində Orta Şərqdə ən
yaxşı istirahət məkanlarından biri kimi tanınır. Bölgədəki
geosiyasi gərginliyin azalmasından sonra ölkəyə gələn turistlərin
sayında artım qeydə alınıb.

Bundan əlavə, Misir turist axınını təmin etmək üçün hotel
otaqlarının sayını artırmaq üzərində işləyir. Misir hökuməti
2031-ci ilə qədər 340 min yeni hotel otağı əlavə etmək məqsədilə
35.4 milyard dollar dəyərində investisiya cəlb etməyi planlaşdırır.
Bu addımla hotellərin ümumi otaq sayı 568 minə çatacaq. Müqayisə
üçün deyilməlidir ki, 2024-cü ilin sonuna olan statistikaya görə,
ölkədə hotellərin otaq sayı 228 min olub.