
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 2-nə olan xronikasını təqdim edir.
– Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına
müsahibə verib;
– Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin
müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmənin
daha bir neçə canlı qüvvə və döyüş texnikası məhv edilib. Düşmənin səhra idarəetmə məntəqəsi göyə sovurulub.
– Düşmənin təminat və döyüş vasitələri darmadağın edilib
– Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub. Ermənilər uşaq bağçasına zərbələr endirib.
– Ermənilər cəbhə bölgəsində çəkiliş aparanjurnalistləri atəşə tutub.
– Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim
yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayıb.
Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini
qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail
olub.


