Bakı.Trend:
Paytaxtın bəzi hissələrinin su təchizatında fasilə olacaq
Trend xəbər
verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
məlumat yayıb.
Bildirilib ki, yol infrastrukturunun genişləndirilməsi ilə
əlaqədar mövcud kommunikasiya xətlərinin köçürülməsi işləri
çərçivəsində Nərimanov rayonunun bəzi ərazilərinin su təchizatında
2 oktyabr tarixində gün ərzində fasilə yaranacaq.

