Dünya Bankı bərpa olunan enerjinin inkişafında Azərbaycana dəstəyi davam etdirəcək (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Dünya Bankı bərpa olunan enerjinin inkişafı və iqlim
təşəbbüslərinin həyata keçirilməsi sahəsində Azərbaycan hökuməti
ilə fəal əməkdaşlıq edir.

Bunu Trend
verdiyi müsahibədə Dünya Bankının Azərbaycan üzrə meneceri Stefani
Stallmeyster Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində
deyib.

“Biz Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrinin
inkişafı üçün əhəmiyyətli texniki yardım, həmçinin Azərbaycanın
enerji şəbəkəsinin möhkəmləndirilməsi və bərpa olunan enerjinin
inteqrasiyası məqsədilə maliyyə dəstəyi göstəririk. Bu mühüm
gündəlik üzrə hökumətlə əməkdaşlıq etmək imkanına sahib olduğumuzla
qürur duyuruq”, – deyə S. Stallmeyter qeyd edib.




Dünya Bankının nümayəndəsinin sözlərinə əsasən, Azərbaycanla
əməkdaşlığın 30 ildən artıq müddətində Bank müxtəlif layihələrə
milyardlarla dollar sərmayə yatırıb. Hazırkı təşəbbüslər arasında
şəhər layihəsinin inkişafı, ASRA ilə su itkilərinin azaldılması
üzərində iş, eləcə də Kənd Təsərrüfatı Nazirliyinə suvarma
sistemlərinin modernləşdirilməsi və iqlimə-dayanıqlı kənd
təsərrüfatı metodlarının tətbiqində dəstək göstərilməsi yer
alır.

“Azərbaycan hökuməti ilə tərəfdaşlıqdan çox məmnunuq və bununla
qürur duyuruq”, -deyə S.Stallmeyter əlavə edib.