
Bakı.Trend:
Paytaxtda su xəttinə qoşulmalarda qanunsuzluqlara yol verilən
ərazilərdə içməli su təminatında fasilələr edilir.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat
katibi Ceyhun Musayev deyib.
Qurum rəsmisi vurğulayıb ki, Bakı şəhərinin 80%-dən çox
ərazisində içməli su təminatı fasiləsiz həyata keçirilir.
“Hətta magistral xətlərin üzərində də evlərin tikildiyi ərazilər
var. Planlaşdırılandan əlavə yaşayış obyektlərinin olması
səbəbindən suyun təminatı qrafik rejimlə həyata keçirilir. Qrafiklə
suyun verilməsi günün eyni vaxtlarında suyun kəsilib, bərpa
edilməsi demək deyil. Bu zaman insanların işdən evə gəldikləri vaxt
, səhər suya olan tələbat nəzərə alınır”.
C.Musayev bildirib ki, su təchizatının hər yerdə fasiləsiz
təminatı üçün su ehtiyatı nəzərə alınmalıdır.
“Su kanal idarələrinin qəza xidmətləri xətlərdə baş verən
problemlə bağlı günün 7 günü 24 saat fasiləsiz olaraq çalışırlar”,-
deyə əlavə edib.


