
Bakı. Trend:
Suvarılan ərazilərin 11-12 faizi müasir suvarma avadanlıqları
ilə təmin edilib.
Trend xəbər
verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim
Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlimədavamlı
Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması”
mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu nəticə onu qane etmir.
“Gələcəkdə Azərbaycanda bu göstəricinin 100 faizə çatdırılması
istiqamətində işlər görülməlidir”, deyə M.Məmmədov vurğulayıb.


