
Bakı. Trend:
COP29 tədbiri çərçivəsində Azərbaycan və BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO) birlikdə həyata keçirilən “Fermer
Harmoniya Təşəbbüsü” diqqət mərkəzinə çıxarılıb.
Trend
xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri
Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində
jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, sözügedən təşəbbüsün əsas məqsədi COP-lar
daxilində təkliflərin koordinasiyasını təmin etmək, beynəlxalq
maliyyə qurumlarını prosesə cəlb etməklə fermerlərə maliyyə dəstəyi
göstərmək və bölgələrdə çətin vəziyyətdə olan fermerlərə kömək
etməkdir.
Həmçinin təşəbbüs çərçivəsində xüsusi seçilən qruplara – qadın
və gənc fermerlərə dəstəyin artırılması da prioritet olaraq qeyd
edilib.
Nazir Bakı İqlim Fəaliyyəti Həftəsinin öz məqsədlərinə nail
olacağına ümid etdiyini bildirib.
COP29 tədbiri çərçivəsində Azərbaycan və BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə olan harmoniya təşəbbüsünü
bu gün vurğuladıq. Bu, fermer təşəbbüslü bir mərkəzdir. Bunun əsas
məqsədi müxtəlif COP-lar daxilində verilən təkliflərin arasında bir
koordinasiyanın olunması, eyni zamanda beynəlxalq maliyyə
qurumlarının prosesə və fermerlərə maliyyə dəstəyinin verilməsinə
cəlb olunması, ən əsası regionlarda, bölgələrdə daha çətin
vəziyyətdə olan fermerlərə dəstəyin artırılmasıdır. Həmçinin
sözügedən təşəbbüsün məqsədlərindən biri də fermerlər arasında
xüsusi seçilən quruplara – həm qadın, həm də gənc fermerlərə
dəstəklərin verilməsidir.
Ümid edirəm bu tədbir öz məqsədlərinə nail olacaq.


