
Bakı. Trend:
Rusiya 2024-cü ildə ABŞ-yə ən çox zənginləşdirilmiş uran tədarük
edən ölkə olub.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin saytında
yerləşdirilən məlumatlarda bildirilib.
2024-cü ilin sonuna qədər Amerika reaktor sahibləri və
operatorları səkkiz təchizatçıdan ümumilikdə 15 milyon ayırıcı iş
vahidi (EPP) satın alıblar. Bunların 19%-i ABŞ təchizatçılarından,
81%-i isə xarici təchizatçılardan əldə olunub.
Xarici tədarükdə EPP-nin 20%-i Rusiyadan, 18%-i Fransadan, 15%-i
Niderlanddan, 9%-i Böyük Britaniyadan və 7%-i Almaniyadan
gəlib.
Bununla belə, Rusiyadan tədarük edilən zənginləşdirilmiş uranın
həcmi 2023-cü illə müqayisədə azalıb: 2023-cü ildə ABŞ Rusiyadan
4,1 milyon EPP almışdısa, 2024-cü ildə bu rəqəm təxminən 3 milyon
EPP təşkil edib.


