Filippində güclü zəlzələ qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Filippində 6,9 bal gücündə zəlzələ nəticəsində azı 20 nəfərin
öldüyü bildirilib.

Trend xəbər verir
ki, San-Remihio bələdiyyəsində idman-istirahət kompleksi çöküb, bir
çox insan dağıntılar altında qalıb. Hazırda ərazidə
axtarış-xilasetmə işləri aparılır.




Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun açıqlamasına
görə, zəlzələ tektonik mənşəlidir və onun episentri Sebu əyalətinin
Boqo şəhərindən 20 km şimal-şərqdə, 5 km dərinlikdə yerləşib.