
Ötən ilin noyabrında Bakıda uğurla keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) gənclərə ən çox istiqamətlənmiş tədbirlərdən biridir.
“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən Gənclərin Rəhbərliyində İqlim Forumunda bildirib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


