
Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli ilə bağlı sülh planını şərh ediblər.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
“HƏMAS hələ rəsmi olaraq planı almayıb, bu barədə mediada yayımlanmaqdan başqa heç nə bilinmir”, – agentlik hərəkatın adı açıqlanmayan məmurunun sözlərini sitat gətirib.
Analoji şərh Qətərin “Al Jazeera” telekanalına HƏMAS-ın rəsmi nümayəndəsi Mahmud Mərdəvi tərəfindən verilib. “Trampın Qəzza zolağında sülh yolu ilə həll etmək planını yazılı şəkildə almadıq”, – o deyib.
Daha əvvəl Ağ Ev Qəzzadakı münaqişəni başa çatdırmaq üçün Amerika lideri Donald Trampın iştirakı ilə hazırlanmış 20 maddəlik tam planı yayıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


