Hakimiyyəti devirməyə çağırış edən erməni keşişin 2,5 il müddətinə həbs edilməsi tələb edilib

Baş səhifə
Region

  • 29 sentyabr, 2025
  • 16:45
Hakimiyyəti devirməyə çağırış edən erməni keşişin 2,5 il müddətinə həbs edilməsi tələb edilib

Ermənistanda dövlət ittihamçısı arxiyepiskop Mikael Acapahyanın həbsdə keçirdiyi müddət çıxılmaqla 2,5 il həbs cəzasına məhkum edilməsini tələb edir.

“Report”un erməni mediasına istinadən məlumatına görə, prokuror Arman Bağdasaryan bu tələbini bugünkü məhkəmə iclasında səsləndirib.

Onun işi üzrə hökm oktyabrın 3-də çıxarılacaq.

Məhkəmə sentyabrın 24-də Ermənistan Apostol Kilsəsinin (EAK) Şirak yeparxiyasının başçısı Acapahyanı hakimiyyəti devirməyə çağırışda təqsirli bilib. O, bu ilin iyun ayının sonunda hakimiyyəti devirməyə açıq çağırış ittihamı ilə həbs edilib.

Səbəb onun köhnə müsahibələri olub ki, burada o, Ermənistanın hazırkı rəhbərliyini ölkə üçün fəlakətli kurs həyata keçirməkdə günahlandırıb və çevriliş zərurətindən danışıb.