“Ernst & Young”: Dünya artıq iqlim dəyişikliyinin təsirləri ilə üzləşir

Baş səhifə
Digər

  • 29 sentyabr, 2025
  • 13:01
Ernst & Young: Dünya artıq iqlim dəyişikliyinin təsirləri ilə üzləşir

Dünya artıq iqlim dəyişikliyinin təsirləri ilə üzləşir.

“Report” xəbər verir ki, “Ernst & Young” beynəlxalq audit şirkətinin Mərkəzi Asiyada İqlim Dəyişikliyi və Dayanıqlılıq Xidmətləri üzrə nümayəndəsi Viktor Kovalenko “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə (BCAW2025) deyib.

Onun sözlərinə görə, torpaqlar səhralaşır, temperatur artır: “Bu onu göstərir ki, iqlim dəyişikliyi artıq mövcuddur və diqqət mərkəzində olmalıdır”.

O bildirilib ki, iqtisadiyyatın “yaşıl” və karbonsuz hala gətirilməsi, təkcə hökumətin işi deyil, hər şirkət bunu öz əməliyyatları çərçivəsində edə bilər: “Bu sahədə hökumətlər aydın hədəflər qoymalıdır. Biznes aydın çərçivə və məqsəd gördükdə, riskləri dəyərləndirib, düzgün risk idarəçiliyi ilə hərəkət edə bilər. Yəni əsas məsələ real təsir, real risk və pul məsələsidir”.