Husilər İsrail paytaxtına balistik raketlə zərbə endiriblər

Baş səhifə
Husilər İsrail paytaxtına balistik raketlə zərbə endiriblər

Yəmənin “Ənsar Allah” qruplaşmasından olan husilər Təl-Əvivdə bir neçə hədəfə hipersəsli balistik raketlə zərbə endiriblər.

“Report” “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib.

“Yəmən silahlı qüvvələri Təl-Əvivdə bir neçə mühüm hədəfə hücum etmək üçün “Fələstin-2″ hipersəsli balistik raketdən istifadə edərək hərbi əməliyyat keçiriblər. Əməliyyat məqsədilərinə uğurla nail olunub”, – husilərin nümayəndəsi deyib.