COP29
- 29 sentyabr, 2025
- 12:14
BMT ilə Azərbaycan arasında 2026-2030-cu illəri əhatə edən proqram imzalana bilər.
“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas məqsəd təşəbbüsləri yeni əməkdaşlıq çərçivəsinə çevirməkdir:
“Ümid edirəm ki, 24 oktyabr – BMT Günündə BMT ilə Azərbaycan arasında 2026-2030-cu illəri əhatə edən proqram imzalanacaq. Bu sənəd iqlim fəaliyyəti, iqlim ədaləti, yaşıl iqtisadiyyat və gənclərin iştirakını birgə işimizin əsas sütunlarına çevirəcək”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

