COP29
- 29 sentyabr, 2025
- 11:46
Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) 46-dan çox sessiyanın keçirilməsi planlaşdırılır.
“Report” xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sessiyalar 30-dan çox mövzunu əhatə edəcək:
“İqlim həftələri bütün dünyada ənənə halını alıb və müxtəlif ölkələrdə keçirilir. Bu yaxınlarda Afrikada, Efiopiyada keçirilən iqlim həftəsində fəal iştirak etdik. Azərbaycanda bu il baş tutan iqlim həftəsi keçən ilkindən daha aktiv keçiriləcək”.
O bildirib ki, COP30 komandası ilə yaxından çalışılır, işlər aparılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

