
Bakı.Trend:
Oktyabrın 1-dən avtobuslarda gediş haqqının 60 qəpik olacağı ilə
bağlı dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə
cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə
edəcək.
Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
bildirilib.
Qeyd edilib ki, tələblərə cavab verməyən marşrutlarda qiymət
dəyişikliyi tətbiq olunmayacaq:
“Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron,
Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət
göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu
dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə
həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra
istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil
ediləcək”.


